Tərtərdə AĞIR QƏZA: Bir nəfər həyatını itirdi, 3 yaralı var

12.03.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Tərtərdə iki VAZ markalı minik maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində baş verib. 
Qəza zamanı Bərdə rayon sakini 2001-ci il təvəllüdlü Yaqub İsfəndiyarov ölüb. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə yaralanıb.
Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью