Tərtərdə ağır qəza: ölən var Foto

10.02.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tərtərdə baş verən qəza zamanı sərnişin ölüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Seydimli kəndi ərazisində baş verib.

Tərtər rayon sakini İxtiyar Cəfərov idarə etdiyi "JAC" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarına aşırıb.

Avtomobildə olan Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью