Tərtərdə ağır qəza olub

16.07.2026

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılıb

Tərtər rayonunun Təzəkənd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb ediliblər. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobili ilə MAN markalı yük avtomobilinin toqquşması nəticəsində "Mercedes" markalı avtomobildəki 2 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməklə Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Adil İbrahim oğlu Əhmədovun və 1973-cü il təvəllüdlü Elza Novruz qızı Əmirovanın meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью