Tərtərdə ağır qəza Sürücü köməksiz qaldı+Video

12.10.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bu gün saat 17:10 radələrində Tərtərin Qaradağlı kəndi ərazisində “Opel” və “Lada” markalı minik avtomobilləri toqquşub

Bu barədə ​“Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Lada markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili xidmət baş çavuşu Mirişov Elxan Əhməd oğlu dərhal qəza yerinə yaxınlaşaraq, sürücünü deformasiyaya uğramış avtomobildən çıxararaq ilkin yardım göstərib və onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью