Tərtərdə ailə faciəsi ata, ana və 2 övladı dəm qazından ÖLDÜLƏR

21.04.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Modern.az xəbər verir ki, rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində yaşayan Tağızadələr ailəsinin 4 üzvü vəfat edib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью