Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tərtər, 24 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü münasibəti ilə Tərtər şəhərində ağacəkmə aksiyası keçirilib. Tərtər-Ağdərə avtomobil yolunun kənarında keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, Vətən müharibəsi qaziləri, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi, “DOST MMC”-nin işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Heydər Əliyev prospektində 250 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.