Tərtərdə avtomobil aşdı ÖLƏN var

10.02.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Tərtər rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Tərtər-Goran yolunun Seydimli kəndi ərazisində qeydə alınıb.

Tərtər rayon sakini İxtiyar Cəfərovun idarə etdiyi "JAC" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza zamanı avtomobildə olan Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 56

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью