Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu

24.11.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Moderator.az xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyev yaşadığı evin həyətindəki 30 metr dərinliyi olan su quyusuna düşərək boğulub.

Meyitin quyudan çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью