Tərtərdə bir ailənin 4 üzvü faciəvi şəkildə öldü KONKRET

21.04.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü – Rüfət Mais oğlu Tağızadə, onun həyat yoldaşı Əfsanə Fəqan qızı Tağıyeva, onların övladları Ümid Rüfət oğlu Tağızadə və Sürəyya Rüfət qızı Tağızadə yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью