Tərtərdə çardaq yanıb

28.06.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tərtərin Sarıcalı kəndində fərdi təsərrüfatda tələfatla nəticələnən yanğın baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Sarıcalı kənd sakini Səfərov Valehə məxsus təsərrüfatda olub.

Yanğın zamanı çardağa yığılan 2500 ot bağı və çardağın altında bağlı olan 3 baş inək yanaraq tələf olub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью