Tərtərdə cüdo zalının açılışı olub FOTO

13.04.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tərtər Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalı fəaliyyətə başlayıb.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Tataminin ümumi ölçüsü 112 kv.m sahəni əhatə edir. Zalda 100-dən çox idmançı cüdo ilə məşğul olacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью