Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurub VİDEO

11.05.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Tərtər rayonunda yağan dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan yetirib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Kəbirli, Xoruzlu və Bayandur kəndlərinə yağan dolu nəticəsində kənd sakinlərinə məxsus günəbaxan, dənli və yem bitkiləri əkilmiş sahələr, eləcə də meyvə bağları zərər görüb.

Hazırda təbii fəlakətin vurduğu ziyanın dəqiq miqdarı müəyyənləşdirilməyib.

Oxşar hava hadisəsi Bərdə rayonunda da müşahidə olunub. Xüsusilə Cicimli kəndində fərdi əkin sahələrinə ziyan dəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью