Tərtərdə ev yanaraq külə döndü VİDEO

11.02.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Tərtər rayonunda yanğın hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənd sakini Maarif Quliyevə məxsus yaşayış sahəsində baş verən yanğın nəticəsində ev tamamilə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölməsi cəlb olunub. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью