Tərtərdə ev yanıb: Bir nəfər yanaraq ölüb

09.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Tərtər rayonunun Hacıqərvənd kəndində yanğın olub.

"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью