Tərtərdə FACİƏ: Bir ailənin 4 üzvü dəm qazından həyatını itirdi

21.04.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri Qafqazinfo yayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью