Tərtərdə FACİƏ: evdə diridiri yandı

09.11.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tərtər rayonunun Hacıqərvənd kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью