Tərtərdə faciə: Evdə diridiri yandı

09.11.2024

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

Tərtər rayonunun Hacıqərvənd kəndində yanğın olub.
 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью