Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.