Tərtərdə keçirilən ağacəkmə aksiyasında 300 ədəd Eldar şamı əkilib

09.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tərtər, 9 may, AZƏRTAC

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Tərtər-Ağdərə avtomobil yolunun Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində 300 ədəd Eldar şamı ağacı əkilib.

Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью