Tərtərdə keçirilən aksiyalarda 650 ədəd ağac əkilib

05.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Tərtər, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Zəfər Gününün altlncı ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyaları keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər-Hindarx avtomobil yolunun kənarlarında keçirilən aksiya çərçivəsində 450 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Tərtər şəhər Heydər Əliyev prospektində Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Kardiologiya İnstitutunun kollektivi ilə birgə keçirilən ağacəkmə aksiyasında isə 200 ədəd ağac əkilib.

Müxbir - Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью