Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Tərtərdə kişi keçmiş həyat yoldaşını döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki fərdi yaşayış evində baş verib.
Həmin ünvanda yaşaya Elxan Alıyev (ad və soyad şərtidir) 2017-c ildə həyat yoldaşı Fərqanədən ayrılsa da, məhkəmə onların bir evdə yaşaması barədə qərar çıxarıb.
Çütlük rəsmi boşanmasına baxmayaraq, birgə nikahdan olan iki övladını birgə böyüdüb.
Bir müddət əvvəl Fərqanə, iki övladı və keçmiş qayınanası ilə birlikdə toy məclisinə gedib.
Məclisdən qayıdarkən o, evdə keçmiş həyat yoldaşını sərxoş vəziyyətdə görüb.
Fərqanə boşandığı üçün ona reaksiya verməyib və bu da Elxanı əsəbiləşdirib. O, Fərqanə ilə mübahisə edib.
Mübahisə nəticəsində Elxan Fərqanəni yumruq və şillə zərbələri ilə döyməyə başlayıb. Fərqanə onun əlindən çıxaraq, evin hamam otağına keçib.