Tərtərdə kişi su kanalında boğulub

29.08.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib.

Kənd sakini Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun nəşi düşdüyü yerdən bir neçə kilometr metr aralıda sakinlər tərəfindən aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью