Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı

23.06.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən 63 yaşlı Valeh Şükürov saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 251 ədəd çətənə bitkisi, eləcə də marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. V.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью