Tərtərdə minik maşını traktora çırpıldı

14.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Tərtərdə minik maşını traktora çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Evoğlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı minik maşını hərəkətdə olan zaman traktora çırpılıb. Hadisə nəticəsində sürücü 1958-ci il təvəllüdlü Quliyev Azay Xasay oğlu xəsarət alıb. Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью