Tərtərdə narkotik əməliyyatı: 5 kiloqram narkotik vasitə aşkarlanıb

03.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxil olan məlumata görə, polis əməkdaşları İlyas Əmirovu saxlayıblar. Onun üzərinə baxış zamanı 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Əmirov barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью