Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Humanitar Tədqiqatlar” İctimai Birliyi Tərtər rayonunda növbəti maarifləndirmə tədbiri keçirib.Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Tərtər rayonundan olan 27 gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Svetlana Əzizova keçirilən tədbirin ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tərtər rayonunun müharibə dövründə ətraf mühitə vurulan zərər baxımından da regionun ən çox zərər çəkən rayonlarından biri olduğunu qeyd edən S.Əzizova Ermənistan tərəfindən atılan kimyəvi silahların təbiətə də təsirsiz qalmadığını qeyd edib.
Daha sonra layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova bildirib ki, tədbir “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi çərçivəsində keçirilir:“Layihə Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının ərazisini əhatə edir.
3 ay davam edəcək layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Bundan əvvəl Ağdam və Bərdə rayonunda ictimai müzakirə keçirilib.
Müharibədən ən çox zərər çəkən rayonlarımızdan biri də Tərtər olduğu üçün bu gün Tərtərdəyik.