Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tərtər, 7 oktyabr, AZƏRTAC
Tərtər rayonunda pambıq yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 1014,6 hektarı “Prime Cotton” MMC, 774 hektarı “Azərpambıq” MMC və 343,8 hektarı isə digər şirkətlərlə müqavilə əsasında olmaqla ümumilikdə 2132,4 hektar sahədə pambıq becərilib.
Yığımın ilk günündə tarlalardan 40 tona yaxın məhsul toplanıb.
Müxbir – Tahir Ağaməmmədov