Tərtərdə polis əməkdaşı vəfat etdi

16.11.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью