Tərtərdə polis vəfat edib

16.11.2024

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tərtərdə polis nəfəri vəfat edib.

Bu barədə "Ölkə.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью