Tərtərdə qadın piyadaların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

18.08.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.
 

Belə ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"Bir daha piyadaları yol hərəkəti qaydalarına, xüsusilə də yolu yalnız müəyyən edilmiş və təhlükəsiz keçidlərdən keçmək tələbinə ciddi riayət etməyə çağırırıq. Sürücülər isə yaşayış məntəqələrində və piyada hərəkətinin intensiv olduğu ərazilərdə sürət həddinə əməl etməli, diqqətli və ehtiyatlı olmalıdırlar", - DİN-in müraciətində qeyd olunub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью