Tərtərdə qarayara yayılıb?

22.09.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Tərtər rayonunda heyvanlar arasında qarayara xəstəliyinin yayılması ilə bağlı yayılan məlumatlara rəsmi açıqlama verilib.

Gununsesi.info-nun sorğusuna cavab olaraq Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov bildirib ki, Tərtər rayonunda heyvanlar və insanlar arasında qarayara xəstəliyi və ya şübhəli hallar qeydə alınmayıb.

Onun sözlərinə görə, hazırda rayonda heyvan xəstəlikləri ilə bağlı vəziyyət sabitdir.

Beləliklə, rəsmi məlumata əsasən, Tərtərdə heyvanlar arasında qarayara xəstəliyinin yayılması təsdiqlənməyib.

Vüsal

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью