Tərtərdə şəhid ailələrinə və aztəminatlı ailələrə bayram sovqatı paylanıb

06.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tərtər, 6 iyun, AZƏRTAC

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhvali-ruhiyyə ilə qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyena qaydalarına və dini ənənələrə əməl edilməklə qurbanlıq qoyunlar kəsilib, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göndərilib.

Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью