Tərtərdə silahla ehtiyatsız davranan polis əməkdaşı vəfat edib

16.11.2024

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью