Tərtərdə VAZ iki qadın piyadanı vurdu Biri yerindəcə keçindi

18.08.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.


Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью