Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tərtərdə mübahisə zəmnində Vətən müharibəsi qazisi bıçaqlanıb.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, bıçaqlanma hadisəsi Tərtər rayonunda baş verib.
Rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Sadiq Abbaslı mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb.
Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.