Tərtərdə yol qəzası olub, xəsarət alanlar var

23.08.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Tərtərdə yol qəzasında üç nəfər xəsarət alıb.

APA-nın yerli müxbiri xəbər verir ki, Borsunlu-Hindarx yolunun rayon ərazisində keçən hissəsində qeydə alınan qəzada "BMW" və "Hundai" toqquşub.

Nəticədə Tərtər rayon sakinləri 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu xəsarət alıb.

Yaralılar Tərtər Rayon mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью