Tərtərdə zəlzələ oldu KONKRET

18.08.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Tərtərdə 3,1 maqnitudalı zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar saat 20:02-də Bərdə stansiyasından 32 km şimalda qeydə alınıb.

3 kilometr dərinlikdə baş verən zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью