Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Müğənni Selena Qomez mühüm tədbirdə ictimaiyyət qarşısına çıxıb.
OLAY yazır ki, 30 yaşlı aktrisa və müğənni Los-Ancelesdəki “Hollywood Palladium”da keçirilən xeyriyyə gecəsinə qatılıb. O, özünün “Rare Impact Fund” fonduna dəstək məqsədilə təşkil olunan tədbirdə qırmızı xalça üzərində görüntülənib.
Selena tədbir üçün “Prada” brendinə məxsus, parıltılı qırmızı libas seçib və görünüşü ilə diqqət çəkib.