Təsadüfi qazıntıdan tarixi kəşf TAPILDI

08.08.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənub Bolqarıstanın Kapitan Petko Voyvoda qəsəbəsində elektrik kabeli çəkilişi zamanı miladdan əvvəl II əsrə aid üç qəbir aşkar edilib.

News24.az xəbər verir ki, qazıntı zamanı ilk məzarda yüksək rütbəli hökmdarın yandırılmış qalıqları, at skeleti, qızıl və qiymətli daşlarla bəzədilmiş silahlar tapılıb. İkinci qəbir  gənc qadına aid olub, içində qızıl-gümüş əşyalar, antik pullar üzə çıxıb.

Üçüncü, tam qorunmuş məzarda isə Heraklın Antaiosu məğlub etməsini təsvir edən qızıl örtüklü bürünc əsər aşkarlanıb. Arxeoloqlar bu bölgənin qədim Trakya dövründə mühüm siyasi və ticarət mərkəzi olduğunu bildirir.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью