Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir. AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı ilk hesabat Qazaxıstan
Orada çoxlu dəqiq texniki nüanslar var. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Buna görə aviasiya mütəxəssislərinin şərhlərini gözləmək daha yaxşıdır.
Məlumatdan bir şey aydın olur - Qroznı hava limanı yaxınlığında iki partlayış olub və onlardan çıxan qəlpələr təyyarə sistemlərinə ziyan vurub, buna görə də qəzaya uğrayıb.
Əslində bu, demək olar ki, dərhal məlum olmuşdu. Orada detallar önəmlidir.
Məsələn, niyə təyyarə yaxınlıqdakı hava limanlarına enmədi, amma Aktauya uçdu?
Oksigen çəninin partladığı və quşların olduğu versiya haradan gəldi? (Bu versiyaların heç biri ilkin hesabatda təsdiqini tapmayıb – red.).
Ekipaja Qroznıda “xalça” əməliyyatı ilə bağlı dəqiq nə vaxt xəbərdarlıq edilib? Bu sualların cavabını hələ görməmişəm.