Təsdiqləndi: Ukrayna Şimali Koreya əsgərini əsir götürüb

27.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreya kəşfiyyatı Ukrayna silahlı qüvvələrinin Şimali Koreya əsgərini əsir götürdüyünü bildirib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya kəşfiyyatının mənbəsinə istinadən yazır.

Hazırda Şimali Koreya əsgərinin harada əsir götürüldüyü barədə dəqiq məlumat verilmir.

Dekabrın 26-da Ukrayna mediası və Telegram kanalları Kursk vilayətində əsir düşdüyü iddia edilən ilk Şimali Koreya əsgərinin əks olunduğu fotonu paylaşıblar.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью