Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək XƏBƏRDARLIQ

15.05.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə 19 may 2026-cı il tarixindən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Milli.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.

Qeyd edilib ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью