Təsdiqlənmiş ölü sayı 6 mini keçdi 17 min insanın qətli hələ də araşdırılır...

27.01.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 26-da İranda təsdiqlənmiş ölü sayı 6 min 126 nəfərə çatıb.

“AzPolitika” bildirir ki, bu məlumatı ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı yayıb. Onlardan 5 min 777-si etirazçı, 214-ü hökumətə bağlı qüvvələrin üzvləri, 49-u etirazlarda iştirak etməyən şəxslər, yaxud mülki vətəndaşlar olub. Qrupun məlumatına görə, 17 min 91 ölüm halı hələ də araşdırılır.

ABŞ Prezidenti Donald Tramp yanvarın 26-da "Axios"a müsahibəsində İranla bağlı vəziyyətin "dəyişkən" olduğunu deyib. O bildirib ki, bölgəyə "böyük donanma" göndərib, amma onu da əlavə edib ki, Tehranın gerçəkdən razılaşma əldə etmək istədiyini düşünür.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью