Təsəvvür edin, yatdı və oyanmadı

02.06.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"1 ildir qardaşımı itirmişəm. Heç bilmirdim haradayam, necəyəm. Biz qardaşımla əkiz kimi idik. Başı belə ağrıyanda pis olurdum. Təsəvvür edin, yatdı və oyanmadı. Evin böyüyü olaraq, bacılarımı sakitləşdirdim. İndiyənə qədər üçümüz də müalicə alırıq".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Zaurla Günaydın" verilişində deyib. Aktrisa qardaşının ölümündən danışıb. O, bildirib ki, qardaşını itirəndən sonra səhhətində problem yaranıb. 

F.Mütəllimova 30 il sonra Şuşaya getməsindən danışıb:

"Necə qışqırırdım. İnanmırdım ki, Şuşadayam. Ora, bura qaçırdım. Bilmirəm nəyi, kimi axtarırdım". (Axşam.az)
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью