Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
COP29 özəl sektor üçün böyük təcrübə oldu.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının baş icraçı direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova "Gələcəyi qurulması: Azərbaycanda və dünyada COP29-un mirası" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, özəl sektorların COP29-da müzakirə etdiyi mövzularda iqlim dəyişmələri barədə ideyalar ortaya qoyulub:
"Kiçik və orta sahibkarlar üçün yeni proses idi. Biz özəl sektoru buraya cəlb etməyə çalışdıq".