Təşkilat sədri istintaqa çağırıldı

08.07.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lideri Özgür Özələ cinayət işi açılan Türkiyənin ana müxalifət partiyası CHP-nin İstanbul şəhər təşkilatının sədri Özgür Çelik istintaqa çağırııb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o və 9 partiya mənsubu Cümhuriyyət Xalq Partiyasının İstanbul təşkilatının sədr seçkisinə  keçirilən seçkidə saxtakarlıqda ittiham olunurlar.

Məlumata görə, onlar ifadə verməyə çağırılıblar.

İstanbul Baş Prokurorluğundan fakt təsdiqlənib. Bildirilib ki,ötən ilin oktyabrda İstanbulda keçirilən Cümhuriyyət Xalq Partiyasının İstanbul təşkilatına seçkilərdə şəxsi mənfəət müqabilində seçki saxtakarlığı iddiaları çərçiivəsində cinayət işi açılıb, araşdırma aparılır.

Samir Musayev
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью