Təşkilat xüsusi xidmət orqanlarının anti Azərbaycan fəaliyyətini araşdıracaq

02.06.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi 01.06.2025-ci il tarixdən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Xarici təsirlər milli təhlükəsizlik problemi kimi" adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif xarici ölkə səfirliklərinin, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının, beynəlxalq təşkilatların fəaliyyətlərinin araşdırılması, apardıqları məqsədyönlü kampaniyanın məntiqi, təsir dairəsi və hədəfləri haqqında məqalələr yazılacaq, televiziya verlişləri hazırlanacaq.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью