Təşkilatçılara görə Bakı çıxışları ləğv olundu

13.08.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yetenek Sizsiniz” yarışması ilə tanınan Berdan Kalın və Kadir Kalın qardaşları bir neçə gündür Bakıda səfərdədir.

Axşam.az xəbər verir ki, qardaşlar Bakıda olduqları ilə bağlı sosial media hesablarında video yayımlayıblar. Onlar şəhərdə çıxış etməyi planlaşdırdıqlarını, lakin təşkilatçılarla bağlı səbəblərdən tədbirin ləğv edildiyini bildiriblər.

“Sizi sevirik. Bir şey etməyi planlaşdıracağıq” deyə, qardaşlar qeyd ediblər.

Qeyd edək ki, Berdan və Kadir Kalın qardaşlarının instaqramda 1,2 milyondan çox izləyicisi var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью