“Teşkilat”dan ayrılan Aybüke Pusatın yeni layihəsi məlum oldu

07.06.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin məşhur aktrisası Aybüke Pusatın yeni layihəsi bəlli olub.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, "Teşkilat" serialındakı boykot çağırışı ilə gündəmə gəldikdən sonra layihədən uzaqlaşdırılan aktrisa bu dəfə "Halef" adlı yeni serialda yer alacaq.

Serialın çəkilişləri Şanlıurfada aparılacaq. Aybüke Pusat burada Melek obrazını canlandıracaq. O, baş rollarda İlhan Şen (Serhat) və Biran Damla Yılmaz (Yıldız) ilə tərəf müqabili olacaq.

Yeni layihə sosial mediada da böyük marağa səbəb olub.

Kənan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью