Tesla 10 illik inadından dönür

21.11.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Tesla” şirkəti 10 illik qəti imtinadan sonra nəhayət “Apple CarPlay” proqram təminatını istehsal etdiyi elektromobillərə inteqrasiya etmək istəyir. 

Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, kaliforniyalı istehsalı uzun illər bu proqramı öz istehsal fəslsəfəsinə zidd hesab edib. İndi isə vəziyyət dəyişib.

“Tesla” artıq yeni proqramın sınaqlarına başlayıb. “Apple CarPlay”in inteqrasiyası ümumi proqram təminatını dəyişməyəcək. O yalnız ümumi ekranda ayrıca pəncərə şəklində çıxacaq.

“Tesla” bu yolla internet aludəçisi olan müştəriləri məmnun etməyi düşünür.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью